Rəşid Səfərov: "Taleyin işi" Ən qısa hekayə

Rəşid Səfərov: "Taleyin işi" Ən qısa hekayə
17 dekabr 2013
# 14:00

Kulis.Az Rəşid Səfərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Taleyin işi” (395 işarə) hekayəsini təqdim edir.

Saat doqquza doqquz dəqiqə işləyirdi.

Ürək döyüntüləri sürətləndi.

Saat doqquza on dəqiqə işləyirdi.

Deyirlər ölümdən qabaq həyatın gözünün önünə gəlir. Bütün sevdiklərin.

Hamısı.

Gəldi.

Saat doqquza on bir dəqiqə işləyirdi.

Hiss edirdi ki, vaxtı azalır. Son dəfə otağında divardan asılmış ailə rəsminə baxdı. Qızı, arvadı və özü. Avtomobil qəzasından bircə o sağ qalmışdı.

Taleyin işidir.

Saat doqquza on iki dəqiqə işləyirdi.

Öldü.

Saat isə hələ də işləyirdi.

# 2258 dəfə oxunub

Müəllifin son yazıları

# # #