Cavanşir Ağamalıyev: "Güllə" Ən qısa hekayə

Cavanşir Ağamalıyev: "Güllə" Ən qısa hekayə
16 dekabr 2013
# 23:00

Kulis.Az Cavanşir Ağamalıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Güllə” (227 işarə) hekayəsini təqdim edir.

Güllə lülədən çıxdı. Qarşısında bir qızla bir oğlan dayanmışdı. Qızın gözəlliyi gülləni o qədər valeh etmişdi ki, fikirləşmədən sancıldı onun ürəyinə.

Tətiyi çəkənin ayaqları boşaldı, silah əlindən düşdü. O sevgisini yox, sevgisinə mane olanı öldürmək istəyirdi.

# 2311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #