Zəka Vilayətoğlu-“Oğurluq”-Ən qısa hekayə

Zəka Vilayətoğlu-“Oğurluq”-Ən qısa hekayə
17 dekabr 2013
# 09:00

Kulis.az Zəka Vilayətoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Oğurluq” ( 486 işarə) hekayəsini təqdim edir.

Dan üzü həyəcanla içəri girən qadın ərinə dedi:

- A kişi, uşağın qurbanlıq toğlusu yoxa çıxıb!

Oğulları hərbi xidmətdə idi...

Kişi:

- Bu haqda kimsəyə bir söz deməmisən ki?!

- Yox!

- Keç içəri! - arvadını otağa salıb qapını kilidlədi, həyətə endi, küçəyə çıxdı. Siqaret yandırıb, ətrafa göz gəzdirdi. Qonşusu Şəki çiynində odun zolası meşədən qayıdırdı. Ona yaxınlaşınca, nəfəsini dərib, siqaret istədi və süni təəssüflə dedi:

- Eşitdim, bu gecə toğlunuz yoxa çıxıb!

- Hə!

- Allah cəzasını versin, kim oğurlayıbsa!

- Sən oğurlamısan!

- Necəəə?!-Şəkinin gözləri bərələ qaldı…

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

# # #