İntiqam Valehoğlu: “Şəhid” Ən qısa hekayə

İntiqam Valehoğlu: “Şəhid” Ən qısa hekayə
16 dekabr 2013
# 17:00

Kulis.Az İntiqam Valehoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şəhid” (346 işarə) hekayəsini təqdim edir.

Doqquzuncu “A” sinfinin yeni ədəbiyyat müəlliməsi dünən dərsə gəlməyən şagirdləri ayağa qaldırıb bir-bir danlamağa başladı.

-Məmmədov Sadiq, dünən dərsə niyə gəlməmişdin?

-Atamın doğum günü idi.

-Gözüm aydın.

- ...

- Dünən səni gül dükanında gördüm axı.

- Müəllimə...

-Bəs gül dükanına niyə girmişdin? Kişiyə də gül verərlər? Heç olmasa ətirdən zaddan alardın da ay tupoy.

-Atam şəhid olub. Gülləri də...

# 4018 dəfə oxunub

Müəllifin son yazıları

# # #