Qısametrajlı filmlərin festivalı keçiriləcək

Qısametrajlı filmlərin festivalı keçiriləcək
10 avqust 2019
# 13:46

Rusiyanın Vladivostok şəhərində açıq havada qısametrajlı film müsabiqəsi keçiriləcək.

Festivalda 10 film nümayiş olunacaq.

Məlumatda bildirilib ki, filmlərə baxdıqdan sonra tamaşaçılar öz fənərlərinin işığı ilə üç ən yaxşı filmə səs verəcəklər. Daha çox işıq sayı qazanan film qalib sayılacaq.

Filmlərin xronometrajı 20 dəqiqəni keçmir. Bütün filmlər Rusiya istehsalıdır. Bazar günü isə tamaşaçılar keçmiş müsabiqələrin qalibi olan filmləri izləmək şansı əldə edəcəklər. /azertag.az/

# 1813 dəfə oxunub

Müəllifin son yazıları

# # #