Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub

Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
21 may 2019
# 13:01

“YUĞ” Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşaya ictimai baxış olacaq.

Teatrdan kulis.az-a verilən xəbərə görə, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Elgün Həmidov, Təranə Ocaqverdiyeva və Ləman Mərrih çıxış edir.

Səhnə əsərinə görə, radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #