Selfini əvəz edən yeni çəkiliş rejimi - HAMIDA OLMAYACAQ

Selfini əvəz edən yeni çəkiliş rejimi - <span style="color:red;">HAMIDA OLMAYACAQ
25 avqust 2017
# 12:35

Foto həvəskarlarının sevimlisi olan selfinin yerini “bothie” çəkiliş rejimi almağa hazırlaşır.

Bu çəkiliş telefon firması olan “Nokia”-nın yeni modeli “Nokia-8”-lə mümkün olacaq. İngiliscə “hər ikisi” mənasını verən “bothie”adlı çəkiliş rejimi istifadəçilərə eyni anda həm ön həm də arxa kameradan istifadə etmək imkanı yaradacaq. Belə ki, rejim ekranı ikiyə bölməklə həm üzünüzü həm də qarşıdakı mənzərəni bir kadrda çəkməyə sizə yardımcı olacaq.

“Nokia-8” istifadəçiləri bu rejimdən Facebook və YouTube kimi canlı yayımlarda da yararlanacaqlar.

Ön arxa kamerası 13 megapiksel olan “Nokia-8”-in sentyabrda satışa çıxarılacağı gözlənilir.

yenigence.com

# 903 dəfə oxunub

Müəllifin son yazıları

# # #