Orhan Pamuk Mario Varqas Lyosanın ad günündə

Orhan Pamuk Mario Varqas Lyosanın ad günündə
1 aprel 2016
# 12:17

Peru yazıçısı Mario Varqas Lyosa 80 yaşını qeyd edib. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə yubiley yığıncağında iştirak edən 300-ə yaxın dəvətlilərin arasında Orxan Pamuk da yer alıb.

2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatçısı Mario Varqas Lyosanın 80 yaşı Madridin “Villa Magna” otelində keçirilib. Orhan Pamukun da iştirak etdiyi yığıncaqda 300-ə yaxın dəvətli olub. Dəvətlilər arasında Çilinin, Kolumbiyanın, Uruqvayın keçmiş prezidentləri, iş adamları, jurnalistlər, filosof və yazıçılar olub.

Tədbir proqramına Nobel komissiyasının təşəbbüsü ilə Lyosanın doğum gününə görə Madriddəki “Amerika Ev”ində iki günlük seminar təşkil olunub. “Vargas Lyosa: mədəniyyət, fikirlər və azadlıq” başlığı ilə keçiriləcək seminarın bağlanışını Orxan Pamukla Varqas Lyosa gerçəkləşdirib.

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

# # #