“Kədərinə vəfalı” adlı kitab çapdan çıxıb

“Kədərinə vəfalı” adlı kitab çapdan çıxıb
3 noyabr 2015
# 13:52

Tanınmış yazar, jurnalist Samir Zəngəzurlunun “Kədərinə vəfalı” adlı kitabı çapdan çıxıb.

Bir neçə povest və hekayədən ibarət olan kitabda müəllif müharibənin törətdiyi ağrı-acıları, qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın sosial-psixoloji hisslərini, o cümlədən cəmiyyətimizdəki bəzi arzuolunmaz halları bədii təsvir müstəvisinə gətirir. Əsərlərdə bütün hadisələrin fövqündə vətən sevgisi, insani keyfiyyətlər, torpağa bağlılıq dayanır.

Kitab geniş oxucu kütləsi, xüsusilə də yetişməkdə olan gənc nəsil üçün nəzərdə tutulub.

Samir Zəngəzurlu Qərbi Azərbacanın Sisian rayonunun Sofulu kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Bir sıra mətbuat orqanlarında çalışıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” mükafatçısıdır. “Sevgi Qəbri”, “Ruhların qiyamı”, “Ömürdən izlər”, “Mənalı ömürlər”, “Yağış məni ağlayır” adlı bədii və publisistik kitabların müəllifidir.

# 1363 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #