“Man Booker” mükafatının sahibi bəlli oldu

“Man Booker” mükafatının sahibi bəlli oldu
15 oktyabr 2015
# 10:18

Bu il məşhur “Man Booker” ədəbiyyat mükafatının sahibi “A brif history of seven killing” (“Yeddi qətlin qısa tarixçəsi”) romanıyla Yamayka əsilli Amerika yazıçısı Marlon Ceyms olub.

Roman 1970-ci illərdə Bob Marleyə qarşı hazırlanan suiqəsd cəhdindən bəhs edir. Əsərdə zorakılıq səhnələrinin və açıq-saçıq sözlərin üstünlük təşkil etməsinə baxmayaraq münsiflər heyəti yekdilliklə ona səs verib.

Qeyd edək ki, "Man Booker"in qaydalarına uyğun olaraq Marlon Ceymsə əlli min funt-sterlinq pul mükafatı verilib. /sim-sim.az/

# 861 dəfə oxunub

Müəllifin son yazıları

# # #