Məhbubə Məmmədli: "Qismət" Ən qısa hekayə

Məhbubə Məmmədli: "Qismət" Ən qısa hekayə
25 dekabr 2013
# 10:00

Kulis.Az Məhbubə Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qismət” (460 işarə) hekayəsini təqdim edir.

Təyyarə hava limanına endi. Onlar da təyyarədən endilər.

- Görürsən, o anandı get yanına.

- Yox! O mənim anam deyil!

...Ağlayıb azəricə sözləri dəfələrlə təkrar edən uşağı görən satıcı "Tfu, ilk dəfədi öz uşağının dilini başadüşməyən ana görürəm!" deyə əsəbindən çığırdı...

İyirimi beş ildə hər cəhddə vətəninə qayıtmaq istəsə də həmin təyyarəylə, "dilini başadüşməyən" ana qarşısını kəsirdi. Qarabağ müharibəsi işinə çox yaramışdı ananın. Həyatlara qərar verən yalnız o idi...

...Qaçqınlığın fəsadları bir neçə nəsil davam edəcəkdi...

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #