Şəbnəm Xeyrulla: "Prototip" Ən qısa hekayə

Şəbnəm Xeyrulla: "Prototip" Ən qısa hekayə
24 dekabr 2013
# 18:00

Kulis.Az Şəbnəm Xeyrullanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Prototip” (499 işarə) hekayəsini təqdim edir.

Qadını göstərib pıçıltı ilə “Anarın “Təhminə”sinin prototipidir” dedilər. Salamlaşıb boynuna sarıldım. Bilirsən niyə? Anarın təsvir etdiyi o ecazkar ətri duymaq istəyirdim.

Yəqin qocalanda gənc oğlanlar, qızlar səni də barmaqla göstərəcək: “Həyatdan nakam getmiş FİLANKƏSin əsərlərində təsvir etdiyi “Alagözlü”dür”.

Gözlərinə diqqətlə baxıb onların sehrinə düşənlər də olacaq.

Amma qucaqlayanlar olmayacaq. Axı yazılarımda ətrindən yazmamışam. Lənət şeytana! Kapitalizmdə yaşayırıq. Ətrinin adını yazsam, saytlar, qəzetlər “reklamdır” deyib yazılarımı çap etməz axı.

# 2801 dəfə oxunub

Müəllifin son yazıları

# # #