Əbülfət Zeynaloğlu: "Aclıq" Ən qısa hekayə

Əbülfət Zeynaloğlu: "Aclıq" Ən qısa hekayə
24 dekabr 2013
# 14:00

Kulis.Az Əbülfət Zeynaloğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Aclıq” (428 işarə) hekayəsini təqdim edir.

Müsabiqə adını eşidən hər kəs yarışa can atırdı. Şair də, yazıçı da, satıcı da, bərbər də, sürücü də...

Hamı yer tutmaq istəyirdi. Əslində yazarlar üçün bu heç də çətin deyildi...

Ən çətin olanı o idi ki, iqtisadi dirçəliş olan ölkədə mükafat qazanıb üç-beş günlüyə ehtiyacdan yaxa qurtarmaq istəyən yazarlar yarışa qatılmış bəzi dəllalların neçəsinin münsiflər heyətində adamı olacağından xəbərsiz olduqları üçün yer tuta bilmirdilər. Çünki dəllallarla birgə münsiflər də tox yaşamaq istəyirdilər.

# 1909 dəfə oxunub

Müəllifin son yazıları

# # #