Toğrul Məmmədli: “Kin” - Ən qısa hekayə

Toğrul Məmmədli: “Kin” - Ən qısa hekayə
21 dekabr 2013
# 23:00

Kulis.az Toğrul Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kin” (334 işarə) hekayəsini təqdim edir.

Siqaret tüstüsüylə dolmuş, nəm qoxulu, balaca emalatxanasına çəkilən Məmmədiyyə əlindəki əhtaclarla var-gəl edirdi. Beş il öncə ona edilmiş həqarəti hələ də unuda bilməmişdi. Keçən bu beş il ərzində hər gecə yuxusunda o ana qayıdıb intiqam aldığını görmüş, bu arzuyla yaşamışdı.

Qurdalandığı qurğunun son boltunu sıxırdı. Dəxi yuxularını gerçəkləşdirə biləcəkdi. Zaman maşını hazır idi.

# 1826 dəfə oxunub

Müəllifin son yazıları

# # #