Amin Orucov: “Fahişə ana”-Ən qısa hekayə

Amin Orucov: “Fahişə ana”-Ən qısa hekayə
20 dekabr 2013
# 21:00

Kulis.az Amin Orucovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Fahişə ana” (345 işarə) hekayəsini təqdim edir.

Qapı döyüldü.

- Buyurun qapı açıqdır.

Dostunun onun ad gününə göndərdiyi fahişə otağa daxil oldu.

Qarşısında dayanan fahişə qadın onu yeddi yaşında küçəyə atan anası idi.

Qarşısındakı qadın anası və fahişəsi idi...

Qəflətən qışqırdı:

- Keçib o biri otağa soyunun.

Fahişə qadın ilk dəfə müştərinin bu qədər gecikdiyini görüb qayıtdı müştəri olan otağa.

Əlində “Ana” yazılmış vərəqlə müştəri özünü asmışdı.

# 2037 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #