Bəhruz Həsən: “Baş daşı”-Ən qısa hekayə

Bəhruz Həsən: “Baş daşı”-Ən qısa hekayə
19 dekabr 2013
# 13:00

Kulis.az Bəhruz Həsənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Baş daşı” (497 işarə) hekayəsini təqdim edir.

- Yenə niyə gəlmisən?

- Səni sevdiyim üçün - İztirab dolu baxışlarını üzümdə hiss edirdim-Sənsiz cox çətindir...

- Sevsəydin qarşımı kəsərdin, - Hıçqırıqları siqaretimin dumanına qarışaraq ətrafa yayıldı...

- Aciz qaldım. Düşündüyün qədər güclü deyilmişəm.

- Bağışla, mən də səni tək qoydum. Kaş heç bu dünyaya... - Barmağımı dodağının üzərinə qoydum – Suss... Elə demə. Sən olmasaydın mən kimi sevərdim? Ürəyim kimin üçün çarpardı?

Dinmədi. Hiss etdim ki, sifətində günəş doğdu. Onu xoşbəxt etməyə nə vardı ki?

- Salamat qal – dedim, barmağımı baş daşından cəkərərək - Yenə gələcəm...

# 1909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #