Aytac Əliyeva: "Atasızlıq" Ən qısa hekayə

Aytac Əliyeva: "Atasızlıq" Ən qısa hekayə
18 dekabr 2013
# 18:00

Kulis.Az Aytac Əliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Atasızlıq” (385 işarə) hekayəsini təqdim edir.

Taleyin hökmü elə gətirmişdi ki, valideynləri ayrılmışdı. Lakin o, bununla razılaşmır və öz dünyasında ailə qurmuşdu. Burada çox xoşbəxt idi: axşamlar atası süfrə başında oturur, kimsə qapını döyəndə atası cavab verir, uğurlarını həm də atasıyla bölüşürdü. O, qəhrəman yaratmışdı atasından...

Bəzən real dünyada atasıyla üzləşəndə ona ölüm belə arzulamışdı. Çünki o, sadəcə atalı olmaq istəyirdi! Özünə söz vermişdi: MƏN REAL DÜNYADA ATA OLACAM!!!

# 2425 dəfə oxunub

Müəllifin son yazıları

# # #