Əfsanə Bayramqızı: “Can”-Ən qısa hekayə

Əfsanə Bayramqızı: “Can”-Ən qısa hekayə
17 dekabr 2013
# 22:00

Kulis.Az Əfsanə Bayramqızının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Can” (412 işarə) hekayəsini təqdim edir.

Gözləmədiyim anda gəldin həyatıma. Sevindim. Sevincim sevincin, nəfəsim nəfəsin oldu. Gün keçdikcə, tanıdım səni. Amma qəfildən qarnıma vurduğun zərbələr bəzən dözülməz olurdu. Neyləmək olar?! Axı sevirdim səni. Şikayət etmədim. Döyülmüş və çarəsiz xanımlar kimi dizimi qucaqlayıb, “bu da bir gün keçər”-dedim. Sənin kimi canları “can”-deyib əzizləmək əvəzinə, bəzən “off”—deyib öldürərkən, biz sənlə bir bədəndə iki can olduq, Azərbaycanın canları olmaq üçün, mənim körpəm!

# 2522 dəfə oxunub

Müəllifin son yazıları

# # #