Tural Balabəyli: “Fahişə”-Ən qısa hekayə

Tural Balabəyli: “Fahişə”-Ən qısa hekayə
17 dekabr 2013
# 23:00

Kulis.az Tural Balabəylinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Fahişə” (457 işarə) hekayəsini təqdim edir.

- Mən səni sevə bilmərəm.

- Niyə?

- Sən fahişəsən...

- Fahişə?

- Hə...

- Doğurdan?

- Hə... Fahişəsən!

- Səni kişi bildim və sevdim...

- Kim deyir ki, sevmə, amma evlənmədən niyə sevişmək təklifimə razı oldun?

- Yenə təkrarlayım? Səni kişi bilirdim... Kişi!

- Mən elə kişiyəm...

- Kişi... Sən...

- Susma...

- Əsl fahişə sənsən. Hislərimlə oynadın.

- Mən? Sənin hislərinlə oynamadım. Sevdim. Gərək yatmaq təklifimi qəbul etməzdin. Necə əmin ola bilərəm ki, mənə xəyanət etməzsən?!

- Bir qadının xəyanəti bir kişinin alçaqlığından sonra baş verir.

# 2954 dəfə oxunub

Müəllifin son yazıları

# # #