Güllü Eldarzadə: “Davam” Ən yeni hekayə

Güllü Eldarzadə: “Davam” Ən yeni hekayə
17 dekabr 2013
# 08:00

Kulis.az Güllü Eldarzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Davam” (463 işarə) hekayəsini təqdim edir.

Üzünə işıq şüaları düşdü, gözləri qamaşdı, deyəsən səhər açılmışdı. Görəsən saat neçə idi? Ona elə gəldi ki, illərdir yuxuda idi. Ayağa qalxdı, əl-üzünü yumaq üçün vanna otağına doğru irəliləməyə başladı. Bir az başı ağrıyırdı, sanki donmuşdu, heç nə düşünmürdü, ruh kimi gəzirdi, ağır addımlarla, yavaş-yavaş. Əl-üz yuyanın önünə çatdı, suyu açdı, üzünə su səpdi. Başını yuxarı qaldırdıqda baxışları güzgüdəki əksi ilə rastlaşdı. O an beynində ildırım çaxdı, qəza gözünün önündə canlandı. Yaddaşında sadəcə bir cümlə təkrarlandı – “Davam!”

# 1896 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #