Cavid Şükürov: “Razılıq”-Ən qısa hekayə

Cavid Şükürov: “Razılıq”-Ən qısa hekayə
15 dekabr 2013
# 17:00

Kulis.az Cavid Şükürovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Razılıq” (261 işarə) hekayəsini təqdim edir.

Biri məni sevirdi, mən başqasını sevirdim, o da bir başqasını.

Həmin o biri mənə görə əzab çəkirdi, mən ona görə, o da bir başqasına görə.

Yığışıb bir qərara gəldik: həmin o bir başqası onu sevir, o, məni sevir, mən də həmin o birini.

İndi həmin o bir başqası ona görə əzab çəkir, o mənə görə, mən də həmin o birinə görə.

# 3504 dəfə oxunub

Müəllifin son yazıları

# # #