Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu
2 iyul 2018
# 16:45

Mədəniyyət Nazirliyi gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirdiyi "Söz" ədəbi layihəsi çərçivəsində böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqəyə əsərlərin qəbulunu elan edir.

Müsabiqədə yaşı 35-dək olan gənc şairlər iştirak edə bilərlər. İddiaçılar şeirlərini Azərbaycan, rus və ingilis dillərində təqdim edə bilər.

Müsabiqəyə qoşulmaq istəyən şəxslər bir şeirini, qısa tərcümeyi-halını və bir ədəd fotoşəkilini [email protected] elektron poçt ünvanına göndərməlidir. Müsabiqə üçün əsərlərin qəbulu 2018-ci il sentyabrın 1-dək davam edəcək.

Azərbaycanın tanınmış ədəbiyyat xadimlərindən ibarət münsiflər heyətinin yekun qərarı ilə müəyyən olunan finalçılar 2018-ci ilin sentyabr ayında baş tutacaq ədəbi festivala dəvət olunacaqlar. Tədbir zamanı birinci yerin sahibinə 1000, ikinci yerə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı və diplom təqdim olunacaq.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #