#bumənimhekayəm-ə hekayə qəbulu başa çatdı

#bumənimhekayəm-ə hekayə qəbulu başa çatdı
27 dekabr 2016
# 15:15

#bumənimhekayəm müsabiqəsinə hekayə qəbulu başa çatıb.

Kulis.Az-ın məlumatına görə müsabiqəyə 600-dən artıq əsər göndərilib. Müsabiqə şərtlərinə cavab verən 279 əsər müsabiqəyə buraxılıb.

Kulis.Azın Facebook səhifəsində keçirilən müsabiqədə səsvermə 29 dekabr, saat 17.00-a qədər davam edəcək.

Ən çox like alan üç hekayə mükafatlandırılacaq.

I yerin sahibi planşet, II yerin sahibi book reader, III yerin sahibi isə mobil telefona sahib olacaq.

Mükafatlandırma mərasimi 30 dekabrda APA Holdingdə olacaq.

Bütün hekayələri bu linkdən oxuya bilərsiniz.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

# # #