Vaqif Bəhmənli işdən çıxdığını etiraf etdi: "Özüm istədim"

Vaqif Bəhmənli işdən çıxdığını etiraf etdi: "Özüm istədim"
17 dekabr 2015
# 16:41

Vaqif Bəhmənli işdən çıxdığını etiraf etdi

Kulisin xəbərinə görə, o, bu barədə özünün facebook səhifəsində yazıb:

"Hörmətli jurnalistlər, əziz həmkarlar!
Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.
Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm.
Hörmətlə, Vaqif Bəhmənli”.

# 853 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #