Gülnar: “Həyat güzgüsü”-Ən qısa hekayə

Gülnar: “Həyat güzgüsü”-Ən qısa hekayə
24 dekabr 2013
# 16:00

Kulis.az Gülnarın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Həyat güzgüsü” (431 işarə) hekayəsini təqdim edir.

Üç həyatımız var: Xəyalını qurduğumuz, layiq olduğumuz və əldə etdiyimiz. Xəyalımızdakı həyat istəklərimizin təzahürüdür, layiq olduğumuz həyat əvəzi ödənmiş istəklərimizin qarşılığıdır.

Yaşadığımız həyat isə istəklər ilə qarşılığı ödənmiş, ümidlər və gerçəklər, şans və xətaların qarşılığından geriyə qalandır.

Bəs sizin həyat güzgünüzdə hansı həyat əks olunub?
Amma unutmayın, həyatı axışına buraxdım deyənlər üçün kiçik bir xatırlatma: "Yalnız ölü balıqlar dalğaların apardığı yerə gedər."

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

# # #