Ceyhun Səfərov: “Sima”-Ən qısa hekayə

Ceyhun Səfərov: “Sima”-Ən qısa hekayə
21 dekabr 2013
# 00:00

Kulis.az Ceyhun Səfərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sima” (402 işarə) hekayəsini təqdim edir.

Evlərinə erməni mərmisi düşəndən Sima nişanlısı Toğrulgildə qalırdı. Yalnız bu evdə o özünü güvəndə hiss edirdi. Bütün çətinliklərə baxmayaraq onların sevgisinə hamı həsəd aparırdı.

Amma bir gün müharibədən yorulan Sima, kəndə bir maşın alma yardım gətirən və bunu reklam etmək üçün 3 müxbirlə gələn bir kişiyə qoşulub qaçır.

4 ay çəkir ömrü bu sevdanın, yenə kəndə qayıdır. Sonra oğlu olur, ilk sevgisinin xatirəsinə adını Toğrul qoyur... Özünəsə o gündən hamı Alma deyir.

# 3093 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #