Nəzrin Məmmədli: “Dua”-Ən qısa hekayə

Nəzrin Məmmədli: “Dua”-Ən qısa hekayə
20 dekabr 2013
# 19:00

Kulis.az Nəzrin Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dua” (328 işarə) hekayəsini təqdim edir.

- Allahım, sənə yalvarıram, qoy o gəlsin, qoy mən yenidən gülüm, ağlayım, yaşayım, əzab çəkim, sevinim, kədərlənim, sevim, nifrət edim...

- Nəyin gəlməsi üçün dua edirsən?

- Bu hissləri keçirmək üçün nə gəlməlidir səncə?

- Mən hardan bilim? Sevgi, pul, övlad, nə bilim, çox şey ola bilər.

- Deyirsən, çox şey ola bilər....Duaların qəbul olanda anlayacaqsan ki, gəlməsini istədiyim nə idi.

# 1926 dəfə oxunub

Müəllifin son yazıları

# # #