Kamran Novruzov: “O” - Ən qısa hekayə

Kamran Novruzov: “O” - Ən qısa hekayə
21 dekabr 2013
# 14:00

Kulis.Az Kamran Novruzovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “O” (353 işarə) hekayəsini təqdim edir

Hekayə: "Unutma!" dedi mənə. Nəyi unutmayım, demək istəyirdim ki, sözümü kəsdi: “O”nu unutma. Unutmağına ehtiyac yoxdur. Gərək deyil. Unutmaq təxirə salmaqdır. Bir musiqi eşidən kimi xatırlayacaqsan, bir ad, bir ünvan adı, bir film bütün unutduğunu düşündüyün O’nu xatırlada biləcək sənə təkrar. Durmadan O’nunla bir daha olammayacağını deyirsən, amma ürəyin və beynin hələ də O’nunladır. İstəməyə bilmərsən.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #