Abbas Hacıyev: "Azadlıq" Ən qısa hekayə

Abbas Hacıyev: "Azadlıq" Ən qısa hekayə
18 dekabr 2013
# 12:00

Kulis.Az Abbas Hacıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Azadlıq” (476 işarə) hekayəsini təqdim edir.

Artıq Azərin gözü kəndin toz-torpağının rəngindən özünə bozumtul libas geymiş buludları görməyəcəkdi.

Dəmir darvazanın zərblə çırpılması onu bir andaca xəyal aləmindən ayırdı. Yanılmamışdı, gördükləri yuxu ola bilməzdi. Zatən bütöv bir ömür yuxularda keçməyəcəkdi ki.

Sonuncu səma səfərində illüminatordan baxarkən ağlına gələn sərsəm fikir yadına düşdü: azadlıq göylərdədir. Yox bir, lənət şeytana...

Məhbəsin dəmir barmaqlıqlarına elə baxırdı ki, sanki axtardığını tapıb. Heç nə olmamış kimi gülümsündü. Hardasa uzaqlardan azadlıq boylanırdı.

# 2141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #