Kərim Kərimli: “Çatı” Ən qısa hekayə

Kərim Kərimli: “Çatı”  Ən qısa hekayə
17 dekabr 2013
# 16:00

Kulis.az Kərim Kərimlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çatı” (425 işarə) hekayəsini təqdim edir.

…Sandıqdan bir dəstəli çatı çıxarıb qarşıma qoydu:

- Bunu apar muzeyə ver. Daha bizə lazım olmadı, – dedi.

Dodaqları səyriyirdi.

Bu bacımın cehiz çatısı idi. Kəndimizdə cehiz dəstində ərsindən, xəmir süfrəsindən, dördayaqdan, oxlovdan tutmuş həvəyə - kirgidədək hər şey olurdu.

...Al-əlvan çatını qarşıma qoyub, muzeyə zəng edirəm:

- Sizə bir çatı gətirmək istəyirəm. Bacımın hədiyyəsidir.

- Çati nedür?

- Çatı də, başı qotazlı, gözəl səhəng çatısı...

- Kotaz nedür?

- Bağışlayın, səhv düşmüşəm...

# 2036 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #