Anarla Nizami Cəfərov “YUĞ”dan danışdı

Anarla Nizami Cəfərov “YUĞ”dan danışdı
19 yanvar 2016
# 12:58

Kulis “YUĞ” teatrının köçürülməsinə Anar və Nizami Cəfərovun münasibətini təqdim edir.

Anar: “YUĞ” teatrının köçürülməsi qərarına üzüldüm. “YUĞ” tarixi binada, özü də şəhərin mərkəzində yerləşirdi. Şəhərin baş planı var, görünür belə lazım biliblər. Mənə belə gəlir ki, Əhmədliyə yox, hər halda şəhərin daha münasib bir yerinə köçürülsə daha yaxşı olardı.

Nizami Cəfərov: Bildiyiniz kimi keçmiş “Sovetski” ərazisində bütünlüklə söküntü işləri gedir, bu təkcə “YUĞ” teatrı ilə bağlı məsələ deyil. Geniş tikinti, yeniləşmə proqramıdır və bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur. Mənim fikrimə qalsa, “YUĞ”-un binasını tarixi bina kimi saxlamaq olardı. Madam ki, köçürülməsinə qərar verilib, yəqin ki, teatrın başqa yerdə fəaliyyəti təmin olunacaq. “YUĞ” tarixi, ənənəsi olan teatrıdır və yaşamalıdır.

# 982 dəfə oxunub

Müəllifin son yazıları

# # #