Zamin Hacı: “O almanı unuda bilmirəm”

Zamin Hacı: “O almanı unuda bilmirəm”
2 noyabr 2015
# 21:00

Kulis “Unuda bilmirəm” layihəsindən Zamin Hacının xatirəsini təqdim edir.

Kənddəki həyətimizdə çoxlu meyvə ağacı vardı. Uşaq idim, neçə yaşım var idi, yadıma gəlmir. Qış idi, bağımızda oynayırdım. Birdən baxdım ki alma ağacının lap yuxarı budağında bir qırmızı, yekə alma qalıb. Bütün yarpaqlar tökülmüşdü, meyvələr bitmişdi, amma o alma necəsə budağın ucunda qalmışdı. Həmin alma heç yadımdan çıxmır. Selbə ilə salıb yemişdim.

# 1283 dəfə oxunub

Müəllifin son yazıları

# # #