"Ən qısa hekayə"-də SƏSVERMƏ başladı!

"Ən qısa hekayə"-də SƏSVERMƏ başladı!
27 dekabr 2013
# 15:00

Kulis.Az internet jurnalının dekabr ayının 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinə 500-dən artıq hekayə daxil olub. Bu gün (26 dekabr) hekayələrin çapı başa çatdı. Bu günə qədər müsabiqə şərtlərinə cavab verən 473 hekayə Kulis.Az-da çap edildi.

Müsabiqəyə hekayə təqdim edən iştirakçıların hər birinin elektron ünvanına xüsusi parol göndərilmişdir. Adresinə girən iştirakçı öz email adresinə və ona göndərilən parolla səhifəyə daxil olaraq öz seçimini etməlidir. Hər iştirakçı üç nəfərə səs verə bilər. İştirakçıların özlərinə səs verməyi qadağandır.

Qalib yanvar ayının ilk günlərində elan ediləcək.

# 5212 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #