Dayandur Sevgin: "Arzu" Ən qısa hekayə

Dayandur Sevgin: "Arzu" Ən qısa hekayə
25 dekabr 2013
# 19:00

Kulis.Az Dayandur Sevginin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Arzu” hekayəsini təqdim edir.

Ana daha atam səni döyə bilməyəcək. Anasının göyərmiş üzünə baxdı. “Qancığın doğduğu nədi Allah olmusan...” - o biri otaqdan atasının səsi gəldi və kifşimiş araq iyi ilə girdi içəri. Hə, indi atanı nəyə döndərirsən? İtə, pişiyə, yoxsa qurbağaya? Atasının üzünə baxmadan ürəyindən onun qurbağaya dönməsi keçdi. Bir anın içində yekə qurbağa onunla üzbəüz durdu. Anasının heyrətdən gözləri böyümüşdü.

- Düz çıxdı.

- Nə a bala.

- Mənə demişdilər nə arzulasan həyata keçəcək.

- Kim a bala?

- ALLAH - dedi.

# 2181 dəfə oxunub

Müəllifin son yazıları

# # #