Hüseyn Əliyev: “Eşq” -Ən qısa hekayə

Hüseyn Əliyev: “Eşq” -Ən qısa hekayə
23 dekabr 2013
# 14:00

Kulis.Az Hüseyn Əliyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Eşq” (296 işarə) hekayəsini təqdim edir.

Əsrlərdir oynanılmasına baxmayaraq heç bir tamaşaçı; səhnəyə atılıb Romeonun zəhərli iksiri içməsinə mane olmamışdır. Sonunda gəminin batacağı bilindiyi halda “Titanik” dəfələrlə izlənilmişdir.

Bitəcək qorxusuyla eşqdən qaçsan həyatdan heç bir dad ala bilməzsən. Çünki Romeo ölməli, Titanik batmalı, amma eşq hər şeyə rəğmən yaşanmalıdır.

# 3167 dəfə oxunub

Müəllifin son yazıları

# # #