Əli Rzazadə: “Eşq” - Ən qısa hekayə

Əli Rzazadə: “Eşq” - Ən qısa hekayə
21 dekabr 2013
# 15:00

Kulis.az Əli Rzazadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Eşq” (496 işarə) hekayəsini təqdim edir.

Pərvanəsi yoxa çıxmışdı. Ürəyinə min bir fikir gəldi Şamın. Bəlkə bir başqasına...

Yox, ola bilməz! O bəxtimin Pərvanəsidir. Yana-yana boynu büküldü Şamın. Gözünün yaşı ayaqlarına süzüldü. Birdən qanadı qırılmış Pərvanəsini gördü ayağı altında. Uça bilmirdi.

O əllərini uzadıb Pərvanəni götürdü. Həsrətdən bükülmüş belini dikəldib göz yaşından onun qanadına sürtdü. O qanadlanıb Şamın başına dolandı. Özünü oduna vura-vura öpdü alışan gözlərindən, nəmli dodaqlarından.

Pərvanə qanadlarını cütləyib Şamın belinə dolandı. Əriyən damcılar onu əbədi şamın sinəsinə qərq etdi.

# 2796 dəfə oxunub

Müəllifin son yazıları

# # #