Qalib Şəfahət: "Qıfıl" Ən qısa hekayə

Qalib Şəfahət: "Qıfıl" Ən qısa hekayə
20 dekabr 2013
# 13:00

Kulis.Az Qalib Şəfahətin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qıfıl” (471 işarə) hekayəsini təqdim edir.

Anası eşidəndə ki, Səməd Ayanı istəyir, deyinməyə başladı: - Ay qoydum ha!..

Tez cadugərin yanına qaçdı. Əlac elə mənə, nə istəsən verəcəm...

Qoymaram onu evimdə gəlin olmağa!

Cadugər də nəsə yazıb; - Qorxma, elə qıfıl vurdum ki, heç kəs açammaz...

Bu haqda bir kəlmədə deyib-danışmayacaqlar.

Evə gələndə gördü ki, Səməd lal-dinməz oturub heç kəslə bir kəlmə də danışmır.

Saçlarını yolub vay-şivən qopardı.

Əri: ay arvad, nə hay-haraydı salmısan yenə?..

Ə, görmürsənmi uşağa cadu ediblər, ağzı qıfıllanıb, danışmır. Yazıq balam oyy...

Az, mən danlamışam, ey…

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #