Səhər Əhməd: “Ağrıkəsici”-Ən qısa hekayə

Səhər Əhməd: “Ağrıkəsici”-Ən qısa hekayə
20 dekabr 2013
# 11:00

Kulis.az Səhər Əhmədin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Aptek” (364 işarə) hekayəsini təqdim edir.

Aptekə girməyiylə çixmağı bir oldu. Sürücü maşına söykənib siqaret yandırırdı, onu görəndə duruxdu:

- Nə oldu?

- Burda növbədi, başqasına gedək.

- Bu gün rayonda bütün apteklər belə olacaq.

- Hardan bilirsiz?,- ironiyayla sürücüyə baxdı.

- Çünki bu gün pensiyalar gəlib.

Bir an, yalnız bircə an pensiyalarla apteklərdəki növbə arasındakı əlaqəni düşündü. Və keçib maşında oturdu:

- Kəndə sürün!

- Bəs ağrıkəsici?

- Lazım olmadı.

# 3066 dəfə oxunub

Müəllifin son yazıları

# # #