Məhsəti Musa: “Cehiz”-Ən qısa hekayə

Məhsəti Musa: “Cehiz”-Ən qısa hekayə
18 dekabr 2013
# 13:00

Kulis.az Məhsəti Musanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cehiz” (499 işarə) hekayəsini təqdim edir.

Əri ölmüşdü. Müəllim işləyərək təkbaşına 4 uşağını dolandırırdı. Maaş alanda ilk getdiyi yer kitab mağazası olardı. Ayaqqabısı, paltarı köhnələndə: - “Ay qız, özünə fikir ver” deyənlərə gülər, əvəzinə kitab alardı. Evdə zəngin kitabxanası vardı. Hamısını oxumuşdu.

Ana, qoy bunları da ataq. Bu rəfdəki kitablar isə yaraşıqlıdır, dəymirəm.

O, dillənmirdi. Gözünü pəncərədən çölə, dilim-dilim qalxan alova dikmişdi. Hər kitab yandığında daha da üşüyürdü. “Ayaqqabı”sı, “paltar”ları, duyğuları, gəncliyi çırtaçırt yanırdı.

Evinə gəlin gələcəkdi. Cehizi yığmağa yer lazım idi...

# 2568 dəfə oxunub

Müəllifin son yazıları

# # #