Sənan Əlləz: “Qadın”-Ən qısa hekayə

Sənan Əlləz: “Qadın”-Ən qısa hekayə
17 dekabr 2013
# 18:00

Kulis.Az Sənan Əlləzin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qadın” (126 işarə) hekayəsini təqdim edir.

Dünyanın bir ucunda özünü yazar zənn edən , həddini aşan və özünün də yazıldığını bilməyən biri vardı. Tanrı tərəfindən o qadına yazıldığını öyrəndiyi günə qədər gəzdiyi səkilərin üzərinə həyatın bütün kədəri çökmüşdü. Ona bağlanarkən bütün insanlığı titrəyirdi onun qarşısında. Həyatında ilk və son dəfə sevişmiş və başını o qadının sinəsinə qoyub: “Səni sevməyə ağlaram. Saçlarına uzanarkən ağlaram. Səni unutduğum gün bir kərə daha ağlaram. Görəsən qadın olmasaydı günahlarımızı kim bağışlayardı??? Tanrı qadını, yoxsa qadın tanrını yaratdı?” demişdi öldüyü an.

# 2967 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #