Soyunum üst-başımdakı kişi nəzərlərini

Soyunum üst-başımdakı kişi nəzərlərini
4 noyabr 2013
# 15:16

Ölçü

tək olmadığıni hiss etmək heç də həmişə rahatlıq gətirmirmiş
məsələn, mən sənin həyatında tək deyiləm.

anlamaq anlamamaqdan böyük bəlaymış hərdən
necə ki, mən başa düşürəm sənə gecikdiyimi
tələsib təndirinə düşə bilmədim.

bizim günahımız deyil, bilirəm
vaxtında doğula bilməməyin cəzasını niyə mən
səni illərin arxasında sevməklə ödəyirəm??

nə yaşın varki, deyib müdrikcə gülümsəmə
körpəsini uşaq evində atıb
fahişəlik edən 16 yaşlı qadının da nə yaşı var elə.
yaşananlar illərlə yox, anlarla ölçülməlidir.

Soyunmaq

zamandan iti qaçmaq olmur.

qisasını insanlardan alıram
qaça-qaça keçib gəlmişəm aralarından
qoy keçim, soyunum.

qorxma sevişək deməyəcəm
üst-başımda gətirdiyim kişi nəzərlərindən

arınmaqdı məqsədim.

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

# # #