Anarın kitabı özbək dilində çap olunub

Anarın kitabı özbək dilində çap olunub
4 mart 2019
# 12:08

Daşkənddəki “Zamin nashr” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabını özbək dilində çap edib.

Əsəri özbək dilinə ədəbiyyatımızın yaxın dostu Babaxan Məhəmməd Şərif çevirib.

Kitaba yazıçının eyniadlı povesti də daxil edilib.

Xatırladırıq ki, Anar müasir Azərbaycan yazıçıları arasında Özbəkistanda çox tanınır.

Son illərdə Daşkənddə Anarın “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları işıq üzü görüb. Hər iki kitab qısa müddətdə satılıb./azertag.az/

# 1844 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #