Əmir Teymurun vəsiyyətləri çap olundu

Əmir Teymurun vəsiyyətləri çap olundu
1 may 2018
# 12:18

“Qanun” nəşriyyatında “Əmir Teymurun vəsiyyətləri” kitabı çap olunub.

Nəşriyyatdan Kulis.aza verilən məlumata görə, kitabın tərcüməsi Məti Osmanoğluna məxsusdur.

“Əmir Teymurun vəsiyyətləri” ümumtürk mədəniyyəti xəzinəsində «Tüzüki-Teymuri» («Teymurun qanun kitabı») adı ilə məşhur olmuşdur. Əsər dünya tarixində böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Əmir Teymurun vəsiyyətləri indiyədək dünyanın bir çox dillərində nəşr edilmişdir. Zənnimizcə, əsərin azərbaycancaya tərcüməsi oxucularda Əmir Teymurun şəxsiyyəti, tarixdəki mövqeyi, hərbi yürüşləri haqqında obyektiv fikir yaratmağa kömək edəcəkdir.

# 1294 dəfə oxunub

Müəllifin son yazıları

# # #