Bosniya və Herseqovina Nobel ödüllü türk yazıçı Orxan Pamuka fəxri vətəndaşlıq vermək fikrindən vaz keçib.
Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarı fəxri mükafatı təqdim etməyə hazırlaşan Sarayevo Bələdiyyəsi tərəfindən verilib.
Türk mətbuatı hadisənin siyasi motivlərlə bağlı olduğunu yazır. Belə ki, rəsmi Sarayevo Türkiyə hakimiyyətindən çəkinərək belə bir addım atıb.
- Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək
- Yanvarın 30-da Mirmehdi Ağaoğlunun imza günü olacaq
- İndi necə sevirsən... Bax, elə də unutma...
Xatırladaq ki, bir müddət əvvəl Orxan Pamukun Sarayevo şəhərinin fəxri vətəndaşı seçiləcəyi ilə bağlı xəbər yayılmışdı.