Şəkidə "Kralın yeni libası" hazırlanıb

Şəkidə "Kralın yeni libası" hazırlanıb
15 sentyabr 2017
# 17:33

Şəki Dövlət Dram Teatrı yeni mövsümə premyera ilə başlayır.

Kulis.az -ın teatra istinadən verdiyi xəbərə görə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 138-ci mövsümünü sentyabrın 20-də “Kralın yeni libası” (Hans Xristian Andersen) nağıl-tamaşanın premyerası ilə açacaq.

Tamaşa Avropa İttifaqının dəstəyi ilə “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq hazırlanıb. Tamaşanın ilk iki nümayişi uşaq evi və internat-məktəblərdə baş tutacaq.

Tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.

# 1455 dəfə oxunub

Müəllifin son yazıları

# # #