Günter Qrass 1 May günü dəfn ediləcək

Günter Qrass 1 May günü dəfn ediləcək
17 aprel 2015
# 12:12

Nobel Ədəbiyyat mükafatı sahibi Günter Qrass 1 May tarixində dəfn ediləcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə nobelli yazıçı Almaniyanın Lyubek şəhərində keçirilən dövlət səviyyəsində təşkil olunmuş vida mərasimindən sonra dəfn olunacaq.

XX əsr alman ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan Günter Qrass aprelin 13-də 87 yaşında vəfat edib. 1999-cu ildə Nobel mükafatı alan yazıçı özünün “Tənəkə təbil” romanı ilə şöhrət qazanmışdı.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #