İmran Azad: “Ruh” -Ən qısa hekayə

İmran Azad: “Ruh” -Ən qısa hekayə
23 dekabr 2013
# 15:00

Kulis.Az İmran Azadın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ruh” (289 işarə) hekayəsini təqdim edir.

Arada bir keçmişin toz basmış yolları ilə gəzin, qalaq-qalaq yığılmış xatirələri səliqəyə salın, bəlkə də yükü ağır xatirələrin altında qalmış bir sevinc vardır. Sizi gələcəyə aparan. Sizi bataqdan çıxaran. Sizi ölümdən qurtaran. Çox güman bilirsiniz, insan ölüncə ruh bədəndən çıxar. Vay o gündən ki, sən yaşayarkən ruhun bədəndə ölsün.

# 3234 dəfə oxunub

Müəllifin son yazıları

# # #