İttiham olunan baş redaktor danışdı

İttiham olunan baş redaktor danışdı
13 iyun 2013
# 13:37

“Mənim evimin olub-olmamağının heç kəsə aidiyyəti yoxdur. Bu məsələləri ortaya atanlar araqarışdıranlardır, mən onlara cavab vermək istəmirəm”.

Bu sözləri Kulis.Az-a verdiyi açıqlamada “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı bildirib.

Ayaz Vəfalı deyib ki, hər şey sənədlərlə tənzimlənir və məsul şəxslər bu sənədlər əsasında ədalətli qərar verəcəklər.

Xatırladaq ki, “Ədəbiyyat” qəzetindən ev alacaq jurnalist kimi Ayaz Vəfalının namizədliyinin irəli sürülməsi narazılığa səbəb olub.

# 3224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #