Azərbaycan, mənim tacım, taxtım oy!

Azərbaycan, mənim tacım, taxtım oy!
25 mart 2018
# 14:01

Bu gün görkəmli Azərbaycan şairi, ağır mühacirət həyatı yaşamış Almas İldırımın doğum günüdür. Kulis.az bu münasibətlə onun “Əsir Azərbaycanım” şeirini təqdim edir.

Hanı məni gül qoynunda doğuran,

Xamırımı göz yaşıyla yoğuran,

Beşiyimdə “layla balam!” çağıran

Azərbaycan, mənim baxtsız anam oy!…

Neçə ildir həsrətində yannam oy!..

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy!..

Hökm etsə, bu sərsəm gediş dursa oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən?!

Azərbaycan, mənim eşsiz yurdum oy!…

Ölməz eşqim, içimdəki dərdim oy!..

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən,

Sənsiz neylim Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taxtım oy!…

Oyanmazmı kor olası baxtım oy?!

# 1998 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #