“XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitab Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşridir.
Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.
Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N.Qarayev tərcümə edib.
- Məşhur müğənni vəfat etdi
- 9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
- Qadınlar haqqında ən gözəl reklam
Kitabın redaktoru Bəhlul Abbasovdur.